Elan təsviri
Vakansiya: Reklam Ustası
Şirkətimizə reklam işlərində minimum 5 ildən çox təcrübəsi olan peşəkar Reklam Ustası tələb olunur.
Vəzifə öhdəlikləri:
- Açıq hava və daxili reklamların hazırlanması, quraşdırılması və sökülməsi
- Hərf və loqo həllərinin (3D həcmi hərflər, işıqlı/işıqsız qutular, totem, pylons, vinil, baner, mesh, lightbox və s.) istehsalı və montajı
- Metal karkasların hazırlanması, qaynaq işləri, alüminium/kompozit panel kəsimi və üzlənməsi
- LED modulların, elektrik qidalanmasının və kabellərin yığılması, qoşulması
- Ölçülərin alınması, layihə üzrə düzgün tətbiq və yerində texniki həllərin verilməsi
- Hündürlükdə montaj işləri, təhlükəsizlik qaydalarına riayət
- Reklam konstruksiyalarının servis və təmiri
Tələblər:
- Reklam sahəsində ən az 5 il praktiki təcrübə
- Elektrik montajı, qaynaq (MIG/MAG/TIG arzuolunandır), alət və avadanlıqlarla sərbəst işləmək
- Kompozit, pleksiglas, PVC, polikarbonat, metal və taxta materialları ilə iş bacarığı
- Çertyoj/eskiz və ölçülərlə işləmə, dəqiqlik və məsuliyyət
- Hündürlükdə işləməyə uyğunluq, təhlükəsizlik vasitələrindən düzgün istifadə
- Komanda ilə işləmək və müstəqil qərarvermə bacarığı
Əlavə məlumat:
- Əməkhaqqı və digər iş şərtləri müsahibə zamanı müzakirə olunacaq.
İş elanları
Qaynaqçı tələb olunur, 6 ildən artıq təcrübə, 5/2, Aylıq ödəniş
1500 ₼
Операция выполнена успешно!