Elan təsviri

Vakansiya: Reklam Ustası Şirkətimizə reklam işlərində minimum 5 ildən çox təcrübəsi olan peşəkar Reklam Ustası tələb olunur. Vəzifə öhdəlikləri: - Açıq hava və daxili reklamların hazırlanması, quraşdırılması və sökülməsi - Hərf və loqo həllərinin (3D həcmi hərflər, işıqlı/işıqsız qutular, totem, pylons, vinil, baner, mesh, lightbox və s.) istehsalı və montajı - Metal karkasların hazırlanması, qaynaq işləri, alüminium/kompozit panel kəsimi və üzlənməsi - LED modulların, elektrik qidalanmasının və kabellərin yığılması, qoşulması - Ölçülərin alınması, layihə üzrə düzgün tətbiq və yerində texniki həllərin verilməsi - Hündürlükdə montaj işləri, təhlükəsizlik qaydalarına riayət - Reklam konstruksiyalarının servis və təmiri Tələblər: - Reklam sahəsində ən az 5 il praktiki təcrübə - Elektrik montajı, qaynaq (MIG/MAG/TIG arzuolunandır), alət və avadanlıqlarla sərbəst işləmək - Kompozit, pleksiglas, PVC, polikarbonat, metal və taxta materialları ilə iş bacarığı - Çertyoj/eskiz və ölçülərlə işləmə, dəqiqlik və məsuliyyət - Hündürlükdə işləməyə uyğunluq, təhlükəsizlik vasitələrindən düzgün istifadə - Komanda ilə işləmək və müstəqil qərarvermə bacarığı Əlavə məlumat: - Əməkhaqqı və digər iş şərtləri müsahibə zamanı müzakirə olunacaq.
İş elanları

Qaynaqçı tələb olunur, 6 ildən artıq təcrübə, 5/2, Aylıq ödəniş

1500 ₼
Bakı