Elan təsviri

Adamex Chantal Special Edition C5 1/2 model Happy Baby Mağazasından 1100 azn alınmışdır. Beşik çox dərin və böyükdür. Ortopedik matrası var. Beşik içərisindəki kənar parçalar, ortopedik matras üzərindəki üzlük çıxıb yuyula bilir. Beşiyin baş hissəsinin altındakı nahiyə yuxarıya qaldırıla bilir. Alt hissədə havalandırma sistemi də var. Üst hissəsi çox hissəli açılır, əlavə havalandırma sistemi də var. Açılaraq günəşdən və küləkdən qoruya bilir. Təkərlərin hər biri rahat çıxır, yuyula bilir. Möhkəmdilər, cırılmır. Ön hissədəki təkərlər 360 dərəcə fırlanır, düz hərəkət etməsi üçün tənzimləmək olar. Amortizasiya sistemi rahatdır. Alt hissədə böyük səbəti var. Beşiyin uzunluğu 75 sm-dir. Doğulandan 6-8 ayına kimi istifadə etmək olar. Beşiyin qışlıq çexolu, yağışdan və ağcaqanaddan qorumaq üçün aksesuarları da var. Qışda əllərin üşüməməsi üçün tutacağa bərkidilə bilən əlcəklər də var. Alt açma üçün xüsusi bezi də var. Gəzinti hissəsi həm anaya, həm də əks tərəfə baxan istiqamətdə yerləşdirilə bilir. Gəzinti hissənin oturacağındakı arxalıq həm qış üçün, həm də yay üçün istifadə edilə bilməsi üçün dəyişdirilə bilir. Üst hissəsi sona qədər açılaraq həm günəşdən, həm də küləkdən qoruya bilir. Arxa hissəsində açıla bilən havalandırma sistemi var. Üst qapaq hissəsi tamamilə çıxa bilir. Avtokresloya bənzər ola bilir. Qışlıq çexolu da var. Yağışdan və ağcaqanaddan qorumaq üçün aksesuar da var.
Uşaq dünyası

Çıxarıla bilən beşikli araba, Adamex, İşlənmiş, Cins: Oğlan, Yaş: 30 ay, Ünvandan götürmə

150 ₼
Bakı İşlənmiş