Elan təsviri
TikTok Canlı Yayım Layihəsi üzrə Vakansiya
Vəzifə: Baş Aparıcı və Canlı Yayım Aparıcısı (Xanım namizədlər)
İş yeri: Uzaqdan (Ev şəraitində)
Yaş həddi: 18–35 yaş
Vəzifə öhdəlikləri
- TikTok platformasında canlı yayımların aparılması;
- İzləyicilərlə səlis, mədəni və nəzakətli ünsiyyətin qurulması;
- Verilən mövzular üzrə canlı yayımın idarə edilməsi;
- Baş aparıcı vəzifəsində çalışan namizəd üçün canlı yayımların koordinasiyası və ümumi nəzarətin həyata keçirilməsi.
Qeyd: İş prosesində namizədin simasının (üzünün) görünməsi tələb olunmur. Əsas tələb səlis, aydın və mədəni danışıq qabiliyyətinə sahib olmaqdır.
Namizədə tələblər
- 18–35 yaş aralığında xanım namizədlər;
- Səlist və mədəni danışıq qabiliyyəti;
- Məsuliyyətli, intizamlı və ünsiyyətcil olmaq;
- TikTok və digər sosial şəbəkələrdən sərbəst istifadə bacarığı;
- Sabit və yüksək sürətli internet bağlantısına malik olmaq (canlı yayımların fasiləsiz və keyfiyyətli aparılması üçün vacibdir);
- İş qrafikinə riayət etmək.
İş şəraiti
- İş qrafiki: Gündə 5 saat;
- İş tamamilə onlayn və ev şəraitində həyata keçirilir;
- Əməkhaqqı: Gündəlik 15 AZN hesablanır, ödəniş aylıq şəkildə həyata keçirilir (aylıq 450 AZN);
- Yüksək performans göstərən əməkdaşlar üçün əlavə bonuslar nəzərdə tutulur.
⚠️ Qeyd: Bu vakansiya Tiens, Təbabət və ya bu tip fəaliyyət göstərən digər şirkətlərlə əlaqəli deyil.
Müraciət
Müraciət etmək istəyən namizədlər WhatsApp vasitəsilə adlarını, yaşlarını və qısa məlumatlarını göndərə bilərlər.
📲 Əlaqə (WhatsApp): 055 992 19 09
İş elanları
SMM menecer tələb olunur, 18-29 yaş, 1-2 illik təcrübə
450 ₼
Операция выполнена успешно!