Elan təsviri

📍 İş yeri: Xırdalan Parfümeriya və kosmetika mağazamıza satış sahəsində çalışacaq, məsuliyyətli, gülərüz və müştəri məmnuniyyətinə önəm verən Satış Təmsilçisi axtarırıq. Vəzifə öhdəlikləri: * Müştəriləri gülərüz qarşılamaq və məhsullar barədə ətraflı məlumat vermək; * Müştərinin tələbatına uyğun məhsul seçimində köməklik göstərmək; * Satış prosesini peşəkar şəkildə həyata keçirmək; * Məhsulların vitrin və rəflərdə səliqəli düzülüşünə nəzarət etmək; * Mağazanın ümumi nizam-intizamını qorumaq. Namizədə tələblər: * Parfümeriya və ya kosmetika sahəsində satış təcrübəsinin olması arzuolunandır; * Ünsiyyət və satış bacarıqlarının yüksək olması; * Məsuliyyətli, dürüst və səliqəli olmaq; * Komandada işləmək bacarığı. Əməkhaqqı: 💰 450–600 AZN (fix) + satışa görə bonus. Qazanc satış nəticələrindən asılı olaraq daha yüksək ola bilər. 📩 Maraqlanan namizədlər əlaqə saxlayaraq müsahibəyə dəvət oluna bilərlər.
İş elanları

Satış meneceri tələb olunur, Yalnız qadınlar üçün, İstənilən yaş, 1 ildən az təcrübə, Aylıq ödəniş

600 ₼
Xırdalan