Elan təsviri
Vakansiya: Reklam istehsalı üzrə usta
İş saatları:
- Həftənin 6 günü, həftəiçi 10:00–19:00
- Əlavə iş saatları ödənilir
- Qeyd: Namizədlər WhatsApp vasitəsilə əlaqə saxlasın və ya yazsın
Vəzifə öhdəlikləri:
- Reklam məhsullarının istehsalı və montajı
- Alüminium kompozit (alkopan) və digər reklam konstruksiyalarının hazırlanması
- Qabarıq və işıqlı hərflərin hazırlanması, yığılması
- Orqanik şüşənin əyilməsi, metal konstruksiyaların yığılması
- LED və işıqlandırma sistemlərinin quraşdırılması
- Reklam lövhələrinin və konstruksiyalarının montajı
- Vinil vurulması və baner çəkilməsi
- Çertyojların oxunması, ölçü götürmə və istehsalatda tətbiqi
- İstehsalat və quraşdırma prosesində keyfiyyət standartlarına riayət edilməsi
- Verilmiş tapşırıqları sərbəst və operativ şəkildə başa çatdırmaq
- Komandada və gərgin iş rejimində çalışma
Tələblər:
- Reklam istehsalı sahəsində iş təcrübəsi
- Alkopanla işləmə, əl alətləri ilə peşəkar işləmə bacarığı
- Çertyojlar barədə məlumatlı olmaq, ölçü götürmək bacarığı
- Məsuliyyətli, intizamlı və operativ olmaq
- Komandada işləmə bacarığı və yüksək iş intizamı
İş elanları
Mebel ustası tələb olunur, 1-2 illik təcrübə, 6/1, Ayda 2 dəfə ödəniş
800 ₼
Əməliyyat uğurlu!