Elan təsviri

Mədinə kursu. Məkkə–Mədinə tədris kursuna əsaslanan “Ərəb dilinin qrammatikası” dərslikləri dəsti. Məzmun: - I–II cild: Səslər və yazı qaydaları, söz quruluşu (ism, feil, sifət), cümlə növləri, tərkiblər, i‘rab əsasları, saylar və zamir sistemi, əsas bağlayıcılar. - III cild: Orta və irəli səviyyə sintaksisi, feil növləri və bablar, məchul-nəqli quruluşlar, hal, təkit, istisna, şərt cümlələri, mürəkkəb cümlə modelləri, Qurani-Kərim və klassik mətnlərdən nümunələrlə izah. - IV cild: Ali səviyyə qrammatika; i‘rabın incəlikləri, i‘ləl qaydaları, nəhv və sərf üzrə dərinləşdirilmiş mövzular, ədəbi və dini mətnlərin qrammatik təhlili, mövzu sonlarında geniş çalışma və testlər. Xüsusiyyətlər: - Azərbaycan dilində izahlı dərs üsulu - Mərhələli struktur: başlanğıcdan irəli səviyyəyə - Çoxsaylı nümunələr, cədvəllər və məşqlər - Özünü yoxlama sualları və tətbiqi tapşırıqlar - Tələbələr, müəllimlər və özünütəhsil üçün uyğun dəst Dəst ayrı-ayrı cildlərdən ibarətdir: I–II (birləşdirilmiş cild), III və IV.
Hobbi və asudə

Mədinə kursu. Məkkə–Mədinə tədris kursuna əsaslanan “Ərəb dilinin

18 ₼
Bakı Yeni