Elan təsviri
Yüksək dəqiqlikli çoxfunksiyalı SHINING 3D Einscan Pro HD skaneri – yüksək keyfiyyətli 3D modelləşdirmə üçün
Peşəkar əl skaneri olan Einscan Pro HD həm yeni başlayanlar, həm də təcrübəli istifadəçilər üçün uyğundur. Bu çoxfunksiyalı 3D əl skaneri müxtəlif sahələrdə geniş tətbiq sahəsinə malikdir: real obyektlərin (məsələn, relyeflər, fiqurlar və heykəllər, daş və ağac üzərində oyma işləri) o cümlədən mürəkkəb səth geometriyasına malik obyektlərin rəqəmsallaşdırılması və 3D modellərinin yaradılması, orta və iri ölçülü obyektlərin skan edilməsi, tibb sahəsində istifadə, insanların portret skan edilməsi, rever mühəndislik və müxtəlif materiallardan hazırlanmış obyektlərin fərdiləşdirilməsi.
Color Pack modulu ilə rəngli skan etmə funksiyası da mövcuddur.
Shining 3D Einscan Pro HD skanerinin əsas xüsusiyyətləri:
• Müxtəlif ölçülü detalları skan edərkən yüksək dəqiqlik və ayırdetmə qabiliyyəti
• Yüksək skan sürəti
• Tünd və ya qara rəngli obyektlərin skan olunması imkanı
• USB 3.0 vasitəsilə sürətli məlumat ötürülməsi
• Açıq havada skan etmə imkanı (birbaşa günəş şüalarından qorunmaq üçün kölgəlik təmin olunmalıdır)
• 3D skan və məlumatların işlənməsi üçün SHINING 3D proqram təminatı ilə təchiz olunmuşdur
Scanner
Skaner
3d
3dprinter
Bambulab
Anycubic
3d
Dental
Dis
Biznes və xidmətlər
Yüksək dəqiqlikli çoxfunksiyalı SHINING 3D Einscan Pro HD skaneri –
8000 ₼
Əməliyyat uğurlu!